Bu gün şəhid olan polkovniklər Vətən Müharibəsində bu mükafatları alıblar...

Xəbər verdiyimiz kimi, bu gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəza nəticəsində həlak olan yüksək rütbəli zabitlərimiz - polkovnik Nəzirov Emil Nəzir oğlu və Cavadov Fizuli Əli İbram oğlu Vətən Müharibəsi iştirakçılarıdır.

Hər iki polkovnik Vətən Müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan İlham Əliyev tərəfindən təltif edilib.

Polkovnik Emil Nəzirov “Vətən uğrunda” medalı ilə, polkovnik Cavadov Fizuli 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunublar.

Qeyd edək ki, Emil Nəzirov polkovnik rütbəsini Vətən Müharibəsindən sonra alıb.

Tarix
30 Noyabr 2021 [22:37]
Müəllif
Üç nöqtə
2021-11-30 22:37:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin