Qəza zamanı həlak olan polkovnik Səfər Əbiyevi ölümdən xilas edib

21:00 - 30 Noyabr 2021 - Xəbər

Dövlət Sərhəd Xidmətinə məxsus olan helikopter Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması zamanı şəhid olan polkovnik Füzuli Cavadov illər əvvəl Səfər Əbiyevi ölümdən xilas edib. 

Ucnoqta.az xəbər verir ki, məlumata görə şəhid polkovnik çox təcrübəli pilot olub.
İllər əvvəl Səfər  Əbiyev  F.Cavadovun idarə etdiyi helikopterdə olarkən təxminən 5 km hündürlükdə motorlardan biri dayanıb. Bu zaman helikopter hava boşluğuna düşüb.

Şəhid Füzuli Cavadov bir motorla heç bir qəza törətmədən helikopteri və içərisindəki nazir və digər yüksək rütbəli zabitləri sağ-salamat aşağı endirməyi bacarıb.///bizim.media

Xəbər xətti