Türkiyədə fırtınada ölənlərin sayı 4-ə çatıb - YENİLƏNİB

18:36 - 29 Noyabr 2021 - DÜNYA

İstanbulda baş verən fırtına nəticəsində ölən və xəsarət alanların sayı artıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb, 19 nəfər xəsarət alıb.

Angela Merkel Fransaya sonuncu rəsmi səfərə gəlib
ABŞ-ın hərbi gəmisi Qara dənizdə təhlükəsizlik əməliyyatlarında iştirak edəcək
NATO Baş katibi Polşa Prezidenti ilə görüşəcək

Yaralılardan 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

***

saat 16:51

Türkiyədə fırtınalı hava şəraiti bir çox yerlərdə dağıntıya səbəb olub, ölənlər və yaralananlar var.

APA-nın yerli bürosunun xəbərinə görə, İstanbulun Esenyurt rayonunda güclü külək binanın damının uçmasına səbəb olub, iki nəfər həyatını itirib.

İstanbulun bəzi ərazilərində küləyin sürəti saatda 130 kilometrə yüksəlib, dağıntılar səbəbindən indiyədək 9 nəfər yaralanıb.

İstanbulun Çatalca rayonunda güclü külək saat qülləsini aşırıb.

Xəbər xətti