Türkiyədə müalicə olunan daha 5 qazimiz sağalaraq Vətənə geri dönüb - Foto

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb:

Fonddan Ucnoqta.az-a bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

1. Əmrahov Ruslan Rəşid oğlu

2. Mikayılov Ruzigar Namiq oğlu

3. Ələkbərov Seymur Eyvaz oğlu

4. Salayev Namiq Həsən oğlu

5. Şirəliyev Mehman İbrahim oğlu

Beləliklə, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

Qeyd olunub ki, onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Xatırladaq ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

Tarix
29 Noyabr 2021 [14:42]
Müəllif
Üç nöqtə
2021-11-29 14:42:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin