“Qırmızı Körpü”də Türkiyə vətəndaşı öldü

00:40 - 29 Noyabr 2021 - HADİSƏ

Qazaxda Türkiyə Respublikasının vətəndaşı, 61 yaşlı Hilal Kəskin ürək tutmasından dünyasını dəyişib.

Ölüm hadisəsi “Qırmızı Körpü”də qeydə alınıb.
Dərhal əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Müayinə zamanı onun öldüyü məlum olub. Məlumata görə, Türkiyə vətəndaşı ürək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, H.Kəskinin sürücü olduğu bildirilir.///apa

Xəbər xətti