Tovuzda iki avtomobil toqquşub - 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

20:32 - 28 Noyabr 2021 - HADİSƏ

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun girişində “Qala” adlan yerdə qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı bir nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.///apa

Xəbər xətti