Gürcüstanda azərbaycanlı ailənin 4 üzvü yol qəzasında ölüb

20:20 - 28 Noyabr 2021 - HADİSƏ

Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Dmanisi rayonu yaxınlığında qeydə alınıb.
Belə ki, minik avtomobili ilə yük maşını toqquşub. Nəticədə minik avtomobilində olan bir ailənin dörd üzvü ölüb.

Həmin şəxslər kişi, onun oğlu, gəlini və nəvəsidir. Azərbaycanlı ailə Dmanisinin Səfərli kəndində yaşayıb.

Qəzanın səbəbi araşdırılır.///report

Xəbər xətti