Yeni doğulmuşlar arasında koronavirusa yoluxma halları var - AÇIQLAMA

Koronavirusun ilk yarandığı vaxtlarda dölə göstərdiyi təsirlə indiki vaxtda göstərdiyi təsir eyni deyil.

Ucnoqta.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova deyib.
O bildirib ki, çünki biz demək olar hər ay yeni ştammlar ortaya çıxır və onların da hər birinin özünəməxsus şəkildə dölə təsiri var.

"Məsələn, xəstəlik ortaya çıxan ilkin vaxtlarda yeni doğulmuşlar virusa yoluxmurdu. Amma indi yeni doğulmuşlar arasında da koronavirusa yoluxma halları kifayət qədər var. Ana bətnində biz bunu müəyyənləşdirə bilmirik. Amma doğuşdan sonra bütün uşaqlardan test götürülür və uşağın virusa yoluxub-yoluxmadığı aydınlaşdırılır. Bəzən koronavirus olmayan analar belə xəstəxanadan getdikdən sonra həm özü, həm də 10-15 günlük körpəsi COVİD-19-a yoluxa bilir" - deyə mütəxəssis qeyd edib.

Koronavirusun doğuş üsuluna təsirinə gəldikdə isə həkim-ginekoloq əlavə edib ki, virusun birbaşa yox, amma dolayısı ilə təsiri var.

"Koronavirus olarkən normal doğuş mümkündür. Düzdür, hamilə qadın qanı durulaşdırmaq üçün dərmanlar alır. Bu, həkim üçün müəyyən çətinlik törədir, amma normal doğuş həyata keçirilə bilər. Lakin xəstə çox ağır vəziyyətdədirsə, təcili keysəriyyə əməliyyatı ilə döl azad olunur ki, ananın həyatını xilas etmək mümkün olsun" - deyə həkim-ginekoloq bildirib.

Tarix
28 Noyabr 2021 [19:00]
Müəllif
Üç nöqtə
2021-11-28 19:00:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin