Bu ölkələrdən Gürcüstana gələnlər karantinə alınacaq

Gürcüstan koronavirusun "omikron" ştammının aşkar edildiyi 8 Afrika ölkəsindən gələnlərə 14 günlük karantin tətbiq edəcək. Ölkənin COVİD-19-la Mübarizə üzrə Koordinasiya Şurasının qərarına əsasən, son 14 gün ərzində Cənubi Afrika Respublikası, Mozambik, Botsvana, Zimbabve, Lesoto, Namibiya, Esvatini və Malaviyə səfər etmiş şəxslər ölkəyə daxil olduqdan sonra 14 gün müddətində karantinə alınacaq və bu şəxslər PCR testi ilə yoxlanılacaq. Gürcüstan vətəndaşları üçün karantin yeri kimi müəyyən edilən mehmanxana və PCR testinin xərcləri dövlət tərəfindən ödəniləcək. Qərar bu gündən qüvvəyə minəcək.///axar.az
Tarix
28 Noyabr 2021 [01:42]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-28 01:42:47
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin