Türkiyəyə bu ölkələrdən giriş qadağan edildi

00:46 - 27 Noyabr 2021 - DÜNYA

Türkiyə COVID-19-un “Nu” ştamı səbəbiylə Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən Türkiyəyə səyahət edənlərin ölkəyə girişini məhdudlaşdırır.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddinn Qovca Tvitterdə məlumat verib.
“”Nu” ştamına yoluxmalarla bağlı bu gecədən etibarən Botsvana, Cənubi Afrika Respublikası, Mozambik, Namibiya və Zimbabvedən ölkəmizə bütün quru, hava, dəniz və dəmir yolları ilə sərhəd qapılarımızdan keçməyə icazə verilməyəcək", - nazir bildirib.

Xəbər xətti