Dünya birjalarında neft qiymətləri bu gün səhər saatlarından başlayaraq, kəskin ucuzlaşıb.
"Brent" markalı neftin bir barreli 8,88 dollar ucuzlaşaraq, 73,34 dollara, yüngül neftin bir barreli isə 9,52 dollar azalaraq, 68,87 dollara düşüb.
Qeyd edək ki, 24 noyabrda Baydenin müraciətindən sonra neftin ucuzlaşacağı gözlənilirdi.