QMİ-də yeni təyinat

13:37 - 26 Noyabr 2021 - Cəmiyyət

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Təşkilat şöbəsinə yeni müdir təyin olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq qurumun mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

Onun sözlərinə görə, Təşkilat şöbəsinin müdiri vəzifəsinə QMİ-nin əməkdaşı Vəfadar Əliyev təyin olunub.

Qeyd edək ki, QMİ-nin Təşkilat şöbəsinin rəhbəri Hacı Əlirza Qafarov oktyabrın 17-də vəfat edib.

Xəbər xətti