Bakıda marketə saxta əsginas verən keçmiş məhkum saxlanılıb

12:49 - 26 Noyabr 2021 - HADİSƏ

Bakıda marketə saxta pul əsginası verən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə oktyabrın 28-də Hövsan qəsəbəsində yerləşən marketlərin birinə bir nəfərin 2 ədəd 50 və 3 ədəd 100 manatlıq saxta əsginas verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Şahverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti