"Qarabağ" və Kiprin "Omoniya" komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyununda insident yaşanıb.
Nikosiya təmsilçisinin oyunçusu Kiko Abbas Hüseynova qarşı kobudluq edib.
Bu, oyunçular arasında mübahisəyə səbəb olub. Görüşün danimarkalı baş hakimi Morten Krox onları sakitləşdirib.
Referi Kiko ilə yanaşı onun komanda yoldaşı Mixal Dyurişə və "Qarabağ"dan Kadi Borgesə sarı vərəqə göstərib.
Qeyd edək ki, qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.///report