ÜST Azərbaycana təşəkkür etdi

19:30 - 25 Noyabr 2021 - DÜNYA

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge ilə görüşüb.

H.Klüge koronavirus pandemiyası ilə apardığı mübarizəyə görə Azərbaycana təşəkkür edib.
O bildirib ki, Azərbaycan COVID-19-la bağlı mübarizədə dünya ölkələri arasında ilk sıradadır.

S.Qafarova qarşı tərəfə Azərbaycanın COVID-19 infeksiyasının aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışıb. O bildirib ki, rəsmi Bakı COVID-19-la mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib.

Xəbər xətti