Komitə sədri dünya şöhrətli azərbaycanlı alimlərlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dünya şöhrətli azərbaycanlı alimlər - Humboldt mükafatını almış ilk azərbaycanlı riyaziyyatçı Məsud Əfəndiyev və 2011-2021-ci illərdə Kanadanın Vaterloo Universitetinin prezidenti olmuş Ferudin Həmdullahpur ilə görüşüb.

Komitədən Ucnoqta.az-a verilən məlumata görə, qonaqları salamlayan Komitə sədri xaricdə fəaliyyət göstərən elmi diaspor üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib, onların həyat və fəaliyyətinin gənc diaspor üzvləri üçün nümunə olduğunu bildirib.

Görüş zamanı Azərbaycan həqiqətlərinin təbliğinə hesablanmış və Dövlət Komitəsi tərəfindən həyata keçirilən “Beyin qazanma proqramı” barədə məlumat verilib, xaricdə Azərbaycanı layiqincə təmsil edən elm adamlarının diaspor fəaliyyətində iştirakının əhəmiyyəti vurğulanıb.

Tarix
25 Noyabr 2021 [15:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-25 15:16:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin