Sumqayıtda polisin özünü güllələməsi ilə bağlı TƏFƏRRÜATLAR

Sumqayıtda polisin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Sumqayıt Mühafizə Polis İdarəsinin əməkdaşı, baş serjant, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlu ehtiyatsızlığın qurbanı olub.
Hadisə bu gün şəhərin 40-cı məhəlləsində yerləşən, banklardan birinin Sumqayıt filialının yerləşdiyi inzibati binanın arxa hissəsində baş verib.

R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Binanın arxa hissəsində yerləşən otaqlardan birinə keçən 42 yaşlı polis əməkdaşı xidməti silahı ilə ehtiyatsız davranıb, nəticədə silahdan atəş açılıb.

O, aldığı güllə yarasından vəfat edib.

Araşdırmalar davam edir.///apa

Tarix
25 Noyabr 2021 [14:56]
Müəllif
Üç nöqtə
2021-11-25 14:56:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin