Tovuzda itkin düşən aşığın meyiti tapılıb - Foto

14:55 - 25 Noyabr 2021 - HADİSƏ

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımov noyabrın 20-də evdən çıxıb, bir daha geri qayıtmayıb. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.///apa

Xəbər xətti