Teymur Rəcəbov məşhur Xalq artistinin nəvəsi ilə nişanlandı - FOTO

12:52 - 25 Noyabr 2021 - MAQAZİN

Azərbaycanlı şahmatçı Teymur Rəcəbov nişanlanıb.

Şahmatçı Rusiyanın məşhur Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə nişanlanıb.
Bu haqda qrossmeysterimiz şəxsi instaqram hesabında məlumat paylaşıb. O, Anna ilə fotolarını paylaşaraq onunla nişanlandığını qeyd edib.

Xatırladaq ki, şahmatçı 2011-ci ildə Elnarə Nəsirli adlı xanımla ailə həyatı qurmuşdu. Onların 2013-cü ildə bu evlilikdən Məryəm adlı övladları doğulmuşdu.///baku.ws


Xəbər xətti