Bakı metrosunda qatar tuneldə dayandırılıb: qapıya müdaxilə olub

Səhər saatlarında metronun “Cəfər Cabbarlı” və “Şah İsmayıl Xətai” stansiyaları arasında hərəkət edən qatar tuneldə dayanıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, buna səbəb qapılardan birinə müdaxilə edilməsi olub.

“Maşinistlər vaqonlardan birinin qapısının ətalətliyinin pozulması ilə bağlı siqnal alıblar. Təlimata uyğun olaraq qatar dayandırılıb. Ola bilər ki, sıxlıq olub və sərnişinlərin söykənməsi nəticəsində, yaxud vaqona minərkən paltarının qapı arasında qalması səbəbindən bu hal pozulub. Məsələ araşdırılır. Dayanma sadəcə 40-45 saniyə çəkib. “Bakı Metropoliteni”nin təlimatında göstərilib ki, 1 dəqiqəyə qədər yubanma olarsa, bu yubanma sayılmır. Yəni, onu kompensasiya etmək mümkündür”, - deyə qurum rəsmisi bildirib.

Tarix
25 Noyabr 2021 [10:37]
Müəllif
Üç nöqtə
2021-11-25 10:37:22
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin