Sürücülük imtahanına öz maşını ilə gəldi - SAXLANILDI

23:50 - 24 Noyabr 2021 - MARAQLI

Almaniyada bir kişinin sürücülük vəsiqəsi almaq üçün imtahana öz maşını ilə getməsi gündəm olub.

Ucnoqta.az xəbər verir ki, 37 yaşlı kişinin imtahana öz maşını ilə gəldiyini görən nəzarətçi bu barədə polisi məlumatlandırıb. Polis bölməsinə gətirilən şəxs imtahana gecikməmək üçün maşınla gəldiyini bildirib.

Qeyd edək ki, həmin adam haqqında araşdırma başladılıb və onun imtahanı ləğv edilib.///lent.az

Xəbər xətti