Şəmkirdə yol qəzası olub, xəsarət alanlar var (Yenilənib)

22:27 - 24 Noyabr 2021 - HADİSƏ

Şəmkir rayonunda 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların şəxsiyyətləri məlum olub.

 "VAZ-2106" və "LADA Priora" markalı avtomobillərin toqquşması nəticəsində 31 yaşlı Mikayıl Əhmədov, 21 yaşlı Nicad Yusibov və 43 yaşlı Mübariz Yusibov müxtəlif xəsarətlər alıb. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


XXX

Bakı-Qazax magistral avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı bir neçə nəfərin xəsarət aldıqları bildirilir.
Hadisə yerinə təcili tibbi yardım maşınları və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Qəzanın təfərrüatları hələ ki məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti