Ermənistanda hərbçinin güllələnmiş meyiti aşkarlandı

18:56 - 24 Noyabr 2021 - DÜNYA

Ermənistanın Tavuş regionunda güllələnmiş əsgər meyiti aşkar olunub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu gün saat 14:50 radələrində sərhədin şimal-şərq istiqamətindəki döyüş mövqelərindən birində müddətli həqiqi hərbi xidmət keçən 2001-ci il təvəllüdlü əsgər Suren Avetisyanın meyiti aşkarlanıb.

O, başından aldığı güllə yarasından ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparılır.

 

Xəbər xətti