Paşinyan üçtərəfli görüşdən imtina etməsinin səbəbini AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinlə noyabrın 9-da videokonfrans formatında üçtərəfli görüşdə iştirakdan imtina etməsinin səbəbini açıqlayıb. Ucnoqta.az xəbər verir ki, Paşinyan bunun səbəbini belə izah edib: “Bəli, noyabrın 9-da onlayn görüş keçirmək ideyası var idi, ancaq bu ideya problemli idi. Çünki 9 noyabr bizim üçün ağır gündür. Ancaq mən yenə də dedim ki, əgər konkret qərarlar, məsələn, erməni hərbçilərin qaytarılacağı məsələsi aydınlaşdırılacaqsa, 9 noyabr görüşünə razıyam. Amma bu görüşdə belə bir razılığın əldə oluna bilməyəcəyi məlum olanda görüşün noyabrın 15-nə təxirə salınmasını xahiş etdim. Sonra görüşün noyabrın 26-na təxirə salınması təklifi oldu, mən bununla razılaşdım”, - deyə Paşinyan qeyd edib.///bakupost
Tarix
24 Noyabr 2021 [00:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-11-24 00:55:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin