Xüsusi təyinatlılar Suriyada 4 terrorçunu məhv edib

22:19 - 23 Noyabr 2021 - DÜNYA

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK terror təşkilatının Suriya qanadının (YPG) 4 üzvünü məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən, terrorçuların 3-ü "Fərat qalxanı" əməliyyatı zonasında, 1-i isə "Zeytun budağı" əməliyyatı zonasında məhv edilib.

Bildirilir ki, terrorçular Türkiyə hərbçilərinin nəzarəti altında olan ərazilərə hücumlar planlaşdırırmış.

Xəbər xətti