Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək.
Nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
İclasda yeni növ koronavirus infeksiyası ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin, İƏT-in İstanbul Arbitraj Mərkəzi və İslam İndeks Fondunun layihələri də təqdim olunacaq.