ABŞ-da minlərlə hərbiçi ordudan qovula bilər

08:40 - 22 Noyabr 2021 - DÜNYA

ABŞ Dəniz Piyadaları Korpusunun 10 000-ə yaxın hərbi qulluqçusu hələ də koronavirusa qarşı peyvənd olunmaq tələbini yerinə yetirmədiyi üçün Silahlı Qüvvələrdən qovula bilər, baxmayaraq ki, bunun üçün son tarix noyabrın 28-də başa çatır. Trend xəbər verir ki, bu günə qədər dəniz piyadalarının təxminən 94% -i peyvənd olunub, lakin bu, digər qoşun növləri ilə müqayisədə hələ də ən aşağı göstəricilərdən biridir. Quru Qoşunlarında qulluqçuların 95%-i azı bir doza peyvənd alıb, tam peyvənd üçün son tarix dekabrın 15 gözstərilir. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrində hərbçilərin 99,7%-i ən azı bir doza qəbul edib, burada da noyabrın 28-dək tam peyvənd olunmaq lazımdır.

Xəbər xətti