Putin Paşinyanla telefonla danışdı

14:00 - 21 Noyabr 2021 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Telefon danışığı zamanı Cənubi Qafqaz regionundakı vəziyyət və vəziyyətin stabilləşməsi üçün 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanan razılaşmaların reallaşması istiqamətində görülən tədbirlərin müzakirəsi davam etdirilib.

Məlumata görə, Paşinyan Rusiyanın fəal vasitəçilik səylərinə görə minnətdarlığını bildirib.

Xəbər xətti