Ermənistanda hərbi qulluqçu özünü güllələyib

23:52 - 20 Noyabr 2021 - DÜNYA

Ermənistanda 29 yaşlı müqaviləli hərbi qulluqçu özünü güllələyib.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Qeqarkunik rayonundakı hərbi hissədə qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Qevork Avetyan odlu silahla ehtiyatsız davranma zamanı ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin hərbçinin həyatını xilas edə bilməyiblər.///report

Xəbər xətti