Türk lirəsinin manat qarşısında dəyəri ucuzlaşmaqda davam edir.
Bu gün etibarilə Türkiyənin milli pul vahidinin Azərbaycan manatı qarşısındakı dəyəri 0,1528 lirə olaraq növbəti antirekordu təşkil edib.
Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi sutka ərzində 2,4 faiz azalıb. Bu, tarixi minimum hesab edilir.
Son bir həftə ərzində lirə manat qarşısında davamlı olaraq dəyər itirib və onun manat qarşısında rəsmi məzənnəsi həftəlik 10,4 faiz azalıb.///oxu.az