Yunanıstanda F-16 qırıcısı Andravida aviabazasına məcburi eniş nəticəsində qəzaya uğrayıb.
"Report" "RİA "Novosti"yə istinadən xəbər verir ki, pilot sağ qalıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxıb və zədələnib.
Bundan əvvəl ABŞ-ın Texas ştatında hərbi təyyarə yaşayış məntəqəsinə çırpılıb, nəticədə iki pilot yaralanıb. Üç evə ziyan dəyib, onların sahibləri müvəqqəti olaraq başqa yaşayış yerlərinə köçürülüb.