Bill Qeyts atom elektrik stansiyası tikir

18:00 - 17 Noyabr 2021 - DÜNYA

"Microsoft"un qurucusu, milyarder Bill Qeyts Vayominq ştatının Kemmerer şəhərində atom elektrik stansiyasının tikintisinə hazırlaşır.

Bu barədə Bill Qeytsə məxsus enerji investisiya şirkəti “TerraPauer” açıqlama yayıb.

4 milyard dollar sərmayə ilə həyata keçiriləcək layihənin maliyyələşdirilməsinin təxminən yarısının dövlət tərəfindən qarşılanacağı bildirilib.

Şirkətdən verilən açıqlamaya görə, sözügedən zavod 2028-ci ildə fəaliyyətə başlayacaq.

Xəbər xətti