Gürcüstanda 4732 nəfər koronavirusa yoluxub, 72 nəfər ölüb

14:21 - 17 Noyabr 2021 - DÜNYA

Gürcüstanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı 4732 nəfər artıb, 72 nəfər ölüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Sputnik Gürcüstan yazır.
“StopCov” rəsmi saytının məlumatına görə, pandemiyanın başlandığı vaxtdan ölkədə 795 847 yoluxma halı müəyyən edilib. Eyni zamanda, son 24 saat ərzində 4812 nəfər, pandemiya başlayandan indiyədək 731 996 nəfər müalicə olunaraq sağalıb, 11 212 nəfər vəfat edib.

Gün ərzində 50 707 test, o cümlədən 31 426 antigen və 19 281 PCR testi aparılıb. Müayinə olunanların ümumi sayında yoluxanların xüsusi çəkisi: gündə - 9,33%, son 14 gündə - 9,77%, son yeddi gündə - 9,11%.
Bu vaxta qədər Gürcüstanda koronavirusa qarşı 2 066 159 peyvənd edilib, o cümlədən son 24 saat ərzində 8 233 peyvənd edilib.

Hazırda 54 nəfər karantində, 6614 nəfər xəstəxanada, 1175 nəfər isə covid otellərindədir.

 

Gürcüstanda ilk koronavirus hadisəsi 26 fevral 2020-ci ildə qeydə alınıb.

Xəbər xətti