"Vəziyyəti sabitləşdirməyin yeganə yolu ..." - Peskov

14:19 - 17 Noyabr 2021 - SİYASƏT

Rusiya, Ermənistan və Azərbaycanın üçtərəfli sammiti müəyyən mərhələdə zəruri olacaq, lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır.

Ucnoqta.az Ruisya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, müəyyən mərhələdə bu cür təmaslar zəruri olacaq, lakin onların mümkün olması üçün üç tərəfin buna razılığı və istəyi lazımdır”, - Peskov bildirib.

Peskov Ermənistan və Azərbaycan sərhədindəki döyüşlərə Kremlin reaksiyasına da toxunub.
“Dünən sərhəddə hərbi əməliyyatların bərpası ciddi narahatlığa səbəb oldu, lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini sakitliyə çağırmaq mümkün oldu. Rusiya tərəfi vasitəçiliyin davam etdirəcək.
Ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların həyata keçirilməsidir. İnanırıq ki, bütün ölkələrin ilk növbədə öz öhdəliklərinə əməl etməsi belə hadisələrin yenidən baş verməyəcəyinə zəmanət olacaq”, – Peskov bildirib.

Xəbər xətti