KTMT Ermənistan-Azərbaycan sərhədindəki gərginliyə münasibət bildirdi

21:36 - 16 Noyabr 2021 - SİYASƏT

KTMT katibliyinə Ermənistan tərəfdən heç bir rəsmi müraciət daxil olmayıb

Ucnoqta.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mətbuat katibi Vladimir Zaynetdinov bildirib.

"KTMT vəziyyəti diqqətlə izləyir. Rəsmi olaraq katibliyə Ermənistan tərəfdən heç bir müraciət daxil olmayıb. Hesab edirik ki, münaqişə yalnız sülh, siyasi və diplomatik yollarla həll edilməlidir”, - o əlavə edib.

Xəbər xətti