Noyabrın 16-da Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında telefon danışığı baş tutub.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.
Rusiyanın müdafiə naziri hərbi əməliyyatların dayandırılması, hərbi əsirlərin qaytarılması və vəziyyətin həlli üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.