Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının dövlət borcunu 6 dəfədən çox üstələyəcəyi gözlənilir.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, bu ilin sonuna valyuta ehtiyatları gözlənilən ÜDM-in 108%-ini təşkil edəcək.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8,603 mlrd. ABŞ dolları (14,626 mlrd. manat) və ya ÜDM-in 18,2%-nə bərabər olub.
2021-ci ilin ilk doqquz ayı ərzində dövlət borcunun xidmət xərclərinə 1 513,5 mln. manat yönəlib.