Abdullah Öcalanın qardaşı koronavirusdan ölüb

10:34 - 15 Noyabr 2021 - DÜNYA

PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın qardaşı Osman Öcalan ölüb.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, İraqda yaşayan O.Öcalan bir müddət əvvəl koronavirusa yoluxub və vəziyyəti ağırlaşdığından Ərbil şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

O. Öcalan bu gecə koronavirusdan ölüb.

Qeyd edək ki, O. Öcalan da qardaşı Abdulla Öcalan kimi PKK liderlərindən sayılıb. A.Öcalan Türkiyədə həbsdədir.

 

Xəbər xətti