Britaniya 600 xüsusi təyinatlısını Ukraynaya göndərir

16:39 - 14 Noyabr 2021 - DÜNYA

Britaniya 600 hərbçidən ibarət xüsusi təyinatlı qrupu Rusiyanın mümkün işğalı fonunda Ukraynaya yerləşdirməyə hazırdır.

Bu barədə “Mirror” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, London xüsusi təyinatlılar, xüsusi kəşfiyyat polku, tibbi heyət, mühəndis-istehkamçılar, rabitəçilər və Olderşotdakı 16-cı hava-hücum briqadasının 400 desantçısından ibarət bölük hazırlayır.

“Bütün avadanlıqlar yığılıb, onlar Ukraynaya uçmağa və havadan enməyə hazırdırlar”, - nəşr bildirib.///axar.az

Xəbər xətti