Faktiki hava: Lerikdə qarın hündürlüyü 22 sm-ə çatıb

19:56 - 12 Noyabr 2021 - ÖLKƏ İÇİ

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı Lənkəranda 54.0 mm, Astarada 40.0 mm, Oğuzda 19.0 mm, Lerikdə 16.0 mm, Rvarudda (Lerik) 12.0 mm, Yardımlıda 11.0 mm, Kişçay (Şəki), Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Bərdədə 8.0 mm, Şəki, Göyçay, Zərdabda 7.0 mm, Balakən, Zaqatala, İmişli, Şamaxıda 6.0 mm, Kürdəmir, Sabirabadda 4.0 mm, İsmayıllı, Cəfərxan, Ağsuda 3.0 mm, Tərtər, Beyləqan, Gədəbəy, Ağdam, Mingəçevir, Göytəpədə 2.0 mm, Şahdağ, Şabran, Xınalıq, Biləsuvar, Neftçala, Hacıqabul, Salyan, Bərdə, Qrız, Xaltan, Qusar, Altıağac, Qobustan, Şəmkir, Göygöl, Daşkəsəndə 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 3.0 mm, Sumqayıt, Maştağa, Çilov adası, Binə, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Rvarudda (Lerik) 22 sm, Sarıbaşda (Qax) 11 sm, Lerikdə 2 sm, Xınalıq, Daşkəsən, Altıağac, Qusar, Şahdağda 1 sm olub.
Külək noyabrın 11-i gün ərzində şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Neftçalada 20 m/s, Salyan, Tərtərdə 18 m/s, Şərurda 15 m/s, Bakıda və Abşeron yarımadasında Çilov adasında 23 m/s, Neft Daşları, Bakı, Binə, Maştağada 22 m/s, Pirallahıda 21 m/s, Qum adasında 20 m/s, Ələt, Sumqayıtda 18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.7 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7° isti, aran rayonlarında 5°-dək isti, dağlıq rayonlarda 3-8° şaxta, Naxçıvan MR-da 1-4° isti olub.

Xəbər xətti