Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb

09:16 - 12 Noyabr 2021 - ÖLKƏ İÇİ

Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, aparılan yoxlamalar zamanı “Səma” şadlıq sarayında təşkil edilən toy mərasimində müəyyən edilən say həddindən artıq qonağın iştirak etməsi müəyyən olunub.

Qayda pozuntusuna yol verən obyektin icarədarı A.Abbasov barəsində qanunvericiliyə uyğun tədbir görülüb və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.

Xəbər xətti