Toğanalı-Kəlbəcər avtomobil yolu qar və buzdan təmizlənir - VİDEO

14:55 - 11 Noyabr 2021 - ÖLKƏ İÇİ

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsində (Ömər aşırımı) qeyri-sabit hava şəraiti hökm sürür. Sözügedən hissədə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə yolun qardan və buzdan təmizlənməsi istiqamətində mütamadi olaraq fasiləsiz işlər aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Ucnoqta.az-a verilən məlumata görə, Agentlik tərəfindən yolun qardan və buzdan təmizlənməsi işlərinə ümumilikdə 12 maşın-mexanizm və texnika cəlb edilib.

Maşın-mexanizm və texnikaların Ömər aşırımında fasiləsiz xidmətini təşkil etmək, o cümlədən duz-qum ehtiyatının saxlanılması məqsədi ilə qayalıq ərazidə 40 metr uzunluğunda tunel-ambar tikilib, işçilərin isinməsi və istirahəti üçün xüsusi xidməti sahə yaradılıb.

Xəbər xətti