ÜST yeni nəsil vaksinlərin hazırlanmasını istəyir
08:09 - 10 Noyabr 2021 - DÜNYA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni nəsil vaksinlərin hazırlanmasını səbirsizliklə gözləyir.
APA-nın xəbərinə görə, bunu qurumun baş elmi işçisi Sumya Svaminathan Cenevrədəki mətbuat konfransında bildirib.
Alimin dediyinə hörə yeni nəsil peyvəndlər həb və ya sprey formasında ola bilər. Bu da peyvəndin istifadəsini asanlaşdırar. İynə şəklində olan peyvəndin tətbiqi səhiyyə müəssisələrinin yüklənməsinə səbəb olur. Hazırda kliniki mərhələdə olan 129 vaksin sınaqdan keçirilir.