İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi

14:54 - 9 Noyabr 2021 - DÜNYA

İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA ələ keçirib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adı altında təlimlər zamanı İranın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nın ələ keçirilib.

İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.

İddialara görə, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.///Axar.az

Xəbər xətti