Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışıb

23:04 - 8 Noyabr 2021 - SİYASƏT

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Xəbər xətti