Zərdabda karantin rejiminin pozulduğu toylar aşkarlanıb
14:46 - 7 Noyabr 2021 - ÖLKƏ İÇİ
Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində pandemiya tələblərinin pozulduğu toy məclisləri müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yoxlamalar zamanı rayonun Otmanoba və Məlikli kəndlərində yerləşən fərdi yaşayış evlərində keçirilən toy məclislərində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntusuna yol vermiş ev sahibləri A.İsmayılov və E.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.