Gədəbəydə karantin qaydalarını pozanlar cərimələnib

18:50 - 6 Noyabr 2021 - ÖLKƏ İÇİ

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə bağlı monitorinq keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Hərəkət iştirakçılarının diqqətinə çatdırılıb ki, hər bir şəxs sosial məsuliyyət çərçivəsində tətbiq edilən qaydalara qeyd-şərtsiz əməl etməli, mövcud qaydaları anlayışla qarşılamalıdır, özünün və digər şəxslərin həyat və sağlamlıqlarına etinasız yanaşmamalıdır. Karantin qaydalararını pozan şəxslər barəsində inzibati protokol tərtib edilib.

Bundan başqa, RPŞ əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Moruxlu kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib. Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Xəbər xətti