Kosmik gəmi asteroidlə toqquşacaq

11:00 - 6 Noyabr 2021 - DÜNYA

ABŞ aerokosmik agentliyi NASA yeni layihə üzərində işləyir.

Layihənin məqsədi Yerə təhlükə törədəcək asteroidi yolundan döndərməkdir. Artıq konkret səma cismi də seçilib. Noyabrın 25-də gəmi start götürəcək.

Son ölçmələrdə məlum olub ki, Dimorfos asteroidi Didimosun ətrafında 11 saat 55 dəqiqəyə 1 dövrə vurur. Ehtimal olunur ki, gəmi ilə məqsədli toqquşma nəticəsində 10 dəqiqəlik fərq əldə edilə bilər. Bu həm də səma cisminin traektoriyasının dəyişməsi ilə nəticələnər. ///lent.az

Xəbər xətti