44 günlük Vətən Müharibəsindəki qələbəmizdə şanlı tarix yazan və 1-ci Qarabağ döyüşlərində şəhid olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala rayonu Qaçaqkənd kəndində şəhid xatirə kompleksinin açılışı olub.
Ucnoqta.az xəbər verir ki, açılışda Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Azərbaycan Respublikasının dövlət himni səslənib, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən şəhid ailələri, Vətən müharibəsi iştirakçıları Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan, Azərbaycan xalqının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizdən danışıblar. 44 Günlük Vətən müharibəsindəkib bu qələbəmiz Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər.
Şəhid ailələri və müharibə iştirakçıları şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Çıxış edən Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən Müharibəsində mənfur düşmənimizi ağır məğlubiyyətə uğratmasından, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən, milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq - iqtidar birliyi, güclü ordu və ona rəhbərlik edən Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, gərgin siyasi-diplomatik fəaliyyəti, eyni zamanda dünya azərbaycanlılarının həmrəyliyi nəticəsində “Dəmir Yumruq” altında birləşərək qazanıldığından danışıb. Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həlli hər zaman Prezident İlham Əliyev tərəfindən diqqət və qayğıda saxlanıldığını vurğulayan Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları müxtəlif orden və medallarla təltif ediliblər. Neftçala rayonunda da şəhid ailələri, qazilərə diqqət və qayğı göstərilməsinin yüksək təşkil olunduğunuda qeyd edib.
27 sentyabr Anım günü ilə əlaqədar olaraq təşkil olunan yürüş zamanı 44 günlük Vətən müharibəsində şəhid olan hərbiçi və sivil vətəndaşların fotolarından ibarət plakatlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunur. Təşkil olunan tədbirdə yürüşə çıxarılan foto plakat və Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğalçı düşmənə qarşı bir yumruq altında birləşən Azərbaycan xalqının simvolik rəmzi olan “Dəmir Yumruq” xatirə hədiyyəsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü medalı il dönümü qeyd olunan şəhid Fərid Əsgərovun ailəsinə Neftçala RİH başçısı tərəfindən təqdim olunub.
Tədbir məktəb şagirdlərinin hazırladıqları kompozisiyalar ilə davam edib.