Bris Rokfeyl ATƏT-in Minsk Qrupunun Fransadan olan yeni həmsədri təyin edilib.
Bu barədə Fransa hökumətinin rəsmi saytında informasiya yerləşdirilib.
B.Rokfeyl bu postda 2016-cı ilin oktyabrından bu yana Fransanı təmsil edən Stefan Viskontini əvəzləyib.
Bris Rokfeyl buna qədər Fransanın Panama və Özbəkistanda səfiri vəzifəsini icra edib. O, həmçinin ölkəsinin Rio-de-Janeyrodakı baş konsulu olub.///oxu.az